PSJ-nin ulduz yarımmüdafiəçisi Vitinya, Çempionlar Liqasının final matçının ən yaxşı oyunçusu seçilib.
Oxu.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Budapeştdəki 'Puşkaş Arena'da keçirilən finalda PSJ 'Arsenal'ı penaltilər seriyasında məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb.
Vitinya oyuna start heyətində başlayıb və əlavə vaxtın 106-cı dəqiqəsində əvəzlənib. Onun ötürmələrinin dəqiqliyi 97 faiz təşkil edib.












