Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi, Avstriya Qran-prisinin təsnifat mərhələsində "Mercedes" pilotu Corc Rassell qalib gəlib.
İkinci yeri "Ferrari"nin monakolu pilotu Şarl Lekler tutub. Üçüncü pillədə isə onun komanda yoldaşı Lyuis Hemilton qərarlaşıb.
Əsas yarış iyunun 28-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.












