İyunun 10-da Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatında Özbəkistan və Qazaxıstan milliləri qarşılaşıb.
Oxu.Az xəbər verir ki, yüksək rəqabət şəraitində keçən oyunda hər iki komanda möhkəm müdafiə nümayiş etdirib.
Hesab açılmayıb və görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticə ilə komandalar turnir cədvəlinə bir xal əlavə ediblər.












