Dünya çempionatında qrup mərhələsinin son turu bu gecə oynanılacaq. E, F və D qruplarında həyəcanlı qarşılaşmalar azarkeşləri gözləyir.
E qrupunda Almaniya liderdir (6 xal). Kot-d'İvuar (3), Ekvador (1) və Kürasao (1) mübarizə aparır. Gecə saat 00:00-da Kürasao - Kot-d'İvuar və Ekvador - Almaniya oyunları keçiriləcək.
F qrupunda Niderland və Yaponiya 4 xalla öndədir. İsveç (3), Tunis (0) isə geridədir. Saat 03:00-da Yaponiya - İsveç və Tunis - Niderland matçları başlayacaq.
D qrupunda ABŞ (6 xal) liderdir. Avstraliya (3) və Paraqvay (3) ikincilik uğrunda mübarizə aparır. Türkiyə (0) autsayderdir. Saat 06:00-da Türkiyə - ABŞ və Paraqvay - Avstraliya oyunları keçiriləcək.
Turnir iyulun 19-da başa çatacaq.












