Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin bütün cütləri məlum olub.
Kolumbiya - Qana oyunundan sonra son cütlük də aydınlaşıb.
Beləliklə, 1/8 finalda aşağıdakı qarşılaşmalar keçiriləcək:
4 iyul: 21:00 Kanada - Mərakeş.
5 iyul: 01:00 Paraqvay - Fransa.
6 iyul: 00:00 Braziliya - Norveç; 04:00 Meksika - İngiltərə; 23:00 Portuqaliya - İspaniya.
7 iyul: 04:00 ABŞ - Belçika; 20:00 Argentina - Misir.
8 iyul: 00:00 İsveçrə - Kolumbiya.
Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.












