DÇ-2026 D qrupunun ilk oyununda ev sahibi ABŞ Paraqvayla qarşılaşıb. Qarşılaşma ABŞ-ın parlaq qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesab 7-ci dəqiqədə açılıb: Bobadilya öz qapısına avtoqol vurub. Sonra F.Baloq 31-ci və ilk hissəyə əlavə olunmuş 5-ci dəqiqədə fərqlənərək ABŞ-ın üstünlüyünü artırıb.
Paraqvay 73-cü dəqiqədə Maurisio ilə təsəlli qolu vursa da, oyunun sonuna əlavə olunmuş 8-ci dəqiqədə G.Reyna yekun hesabı müəyyənləşdirib - 4:1.












