FİFA Dünya Çempionatı-2026-nın E qrupunda son tur oyunları baş tutub. Almaniya və Kot-d'İvuar pley-offa vəsiqə qazanıb.
Ekvador Almaniyanı 2:1 məğlub edib. Almaniyanın qolunu Leroy Sane vursa da, Nilson Anqulo və Qonsalo Plata Ekvadora qələbə qazandırıb.
Kot-d'İvuar Kürasaoya 2:0 qalib gəlib. Nikolya Pepe dubl edib.
Almaniya 6 xalla qrup lideri, Kot-d'İvuar da 6 xalla ikinci olub. Ekvador 4, Kürasao 1 xalla qrupda qalıb.












