Bond.az White LogoBond.az Black Logo

DÇ-2026: Avstriya 'Das Nationalteam' - 11 gün qaldı

DÇ-2026-ya 11 gün qalmış Avstriya millisinin tarixi, Ralf Ranqnikin pressinq fəlsəfəsi və qrup rəqibləri haqqında.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

Avstriya millisi ('Das Nationalteam') son illərdə Avropa futbolunda ən nizamlı, yüksək templi və intizamlı pressinq futbolu oynayan komandalardan biridir.

Ralf Ranqnikin 'gegenpressing' fəlsəfəsini mükəmməl mənimsəyən Avstriya 2026-cı il dünya çempionatında Şimali Amerikaya sadəcə iştirakçı kimi deyil, böyük nəhənglərin kabusuna çevriləcək bir 'sistem komandası' olaraq gedir.

Bu mötəbər turnirdə əvvəllər yeddi dəfə iştirak edən, lakin sonuncu dəfə qlobal səhnədə 1998-ci ildə boy göstərən Avstriya üçün bu, əsl tarixi an deməkdir.

1954-cü ilin bürünc medalçısı 18 noyabr 2025-ci ildə öz meydanında Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edərək seçmə qrupda birinci yeri təmin etmiş və indi Şimali Amerikada itirilmiş vaxtın əvəzini çıxmağa hazırlaşır.

Oxu.Az Avstriya futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.

2022-ci il aprelin sonundan etibarən komandanın sükanı arxasında olan Ralf Ranqnik həm məşqçi, həm də idman direktoru kimi onilliklərin təcrübəsinə malikdir.

Lakin taktika ustası ən çox 2012-2019-cu illər arasında 'Leypziq'dəki fəaliyyəti ilə tanınır. O, klubun regional liqalardan Bundesliqanın zirvəsinə qədər yürüşünə rəhbərlik etmişdir.

Bütün dünyada pressinqin qabaqcıllarından biri kimi tanınan Ranqnik Avstriya Futbol Assosiasiyası tərəfindən təyin edilməzdən əvvəl İngiltərə Premyer Liqasının nəhənglərindən olan 'Mançester Yunayted'də müvəqqəti baş məşqçi kimi fəaliyyət göstərmişdi.

Avstriyanın ilk dünya çempionatı 1934-cü ildə İtaliyada baş tutmuş, komanda dördüncü yerlə kifayətlənmişdi.

Avstriyanın sonuncu dünya çempionatı 1998-ci ildə Fransada olmuş, komanda qrup mərhələsində mübarizəni dayandırmışdı.

Avstriyanın ən yaxşı dünya çempionatı 1954-cü ildə İsveçrədə keçirilmiş, komanda üçüncü yeri tutmuşdu.

Avstriya DÇ-2026-ya vəsiqəni UEFA seçmə mərhələsinin H qrupunda birinci yeri tutaraq qazanmışdı.

DÇ-2026-da Avstriya J qrupunda İordaniya, Əlcəzair və Argentina ilə mübarizə aparacaq.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...