2026-cı il dünya çempionatında iştirak edəcək bir çox milli komanda, anomal isti hava səbəbindən ehtiyat futbolçulara matçları paltardəyişmə otağından izləməyə icazə verə bilər.
Bu barədə "The Touchline" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb. Belə bir hal baş verərsə, komanda əvəzetmə etmək istədikdə baş məşqçinin köməkçisi ehtiyat oyunçular skamyasından paltardəyişmə otağına yollanacaq və futbolçuları isinmə hərəkətlərinə göndərəcək.
FIFA əvvəllər futbolçuların su içə bilməsi üçün hakimlərə hər matçda iki dəfə fasilə vermək öhdəliyi qoyub. Dünya çempionatı iyunun 11-də başlayacaq. Turnirin açılış oyununda Meksika yığması CAR millisi ilə qarşılaşacaq.











