2026-cı il futbol üzrə dünya çempionatının final matçının rəsmi topu təqdim edilib. "Trionda Final" adlandırılan yeni topun görüntüləri internetdə paylaşılıb.
Quruluşca "Trionda" modeli ilə eyni olan top ağ rəngdədir, üzərində qara, qızılı və qırmızı naxışlar var. Həmçinin, ev sahibi şəhərlərin adları da topda yer alıb.
Yeni top yarımfinal mərhələsindən etibarən istifadə olunacaq. Final oyunu iyulun 19-da "MetLife" stadionunda keçiriləcək.












