2026-cı il dünya çempionatının qrup mərhələsində Fransa və İraq arasında keçirilən oyun əlverişsiz hava şəraitinə görə dayandırılıb.
FİFA-nın məlumatına görə, fasilə ən azı 30 dəqiqə davam edəcək. Tamaşaçılardan tufan təhlükəsi səbəbindən stadionu tərk etmələri xahiş olunub.
Matç Filadelfiyadakı "Lincoln Financial Field" stadionunda keçirilir. Birinci hissədən sonra Fransa 1:0 öndədir. Yeganə qolu Kilian Mbappe vurub.












