2026-cı il dünya çempionatının I qrupunda Norveç və İraq yığmaları arasında keçirilən oyun başa çatıb.
Komandalar ABŞ-nin Foksboro şəhərində yerləşən "Cillet" stadionunda üz-üzə gəliblər. Qarşılaşmanı qabonlu baş hakim Pyer Açonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Görüş Norveç millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Erlinq Holand iki dəfə fərqlənib. Leo Estiqor və Kristian Torstvedt də qol vurub. İraq millisinin yeganə qolunu Aymən Hüseyn vurub.












