İraq millisi ('Lions of Mesopotamia') Asiya futbolunun ən döyüşkən komandalarından biridir. 2026-cı il dünya çempionatına vəsiqə qazanaraq bütün ölkəyə bayram yaşadıb.
Meksika İraq futbolu üçün xüsusi yer tutur. 1986-cı ildə vidalaşdıqdan 40 il sonra komanda yenidən qlobal səhnəyə qayıdır. Tarixi vəsiqə Monterrey şəhərində əldə edilib.
Oxu.Az İraq futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Avstraliya millisinin keçmiş baş məşqçisi Qrem Arnold İraqı DÇ-2026-ya aparıb. O, iki fərqli ölkəni dünya çempionatına çıxaran nadir mütəxəssislərdəndir.
İraqın DÇ-2026-dakı rəqibləri Fransa, Norveç və Seneqaldır. Komanda 'ölüm qrupu'ndan çıxmağa çalışacaq.












