Futbol üzrə dünya çempionatında Belçika Yeni Zelandiyanı 5:1 məğlub edərək pley-offa vəsiqə qazandı.
G qrupunun III turunda Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Bruyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurdu. Yeni Zelandiyada Cast Elaydca (84) fərqləndi.
Digər oyunda Misir İranla 1:1 hesabı ilə heç-heçə edərək tarixində ilk dəfə pley-offa yüksəldi. Mahmud Saber (5) Misiri önə çıxarsa da, Ramin Rezaeyan (14) İranı bərabərləşdirdi.












