Dünyanın ən böyük futbol hadisəsi olan dünya çempionatı başlayır. Deputatlar da sevimli komandalarını dəstəkləməyə hazırlaşır.
Sevinc Fətəliyeva Braziliyaya azarkeşlik etdiyini bildirib. O qeyd edib ki, Braziliya millisinin çempion olacağına ümid edir.
Aqil Abbas Türkiyə millisinə simpatiya bəsləsə də, favoritinin Braziliya olduğunu deyib.
Müşfiq Məmmədli Argentina və İspaniyanı favorit seçdiyini açıqlayıb. O, İspaniyanın çempion olmasını arzuladığını bildirib.
Zahid Oruc türk dövlətlərinin yığmalarına azarkeşlik edəcəyini deyib.
Qüdrət Həsənquliyev Türkiyə, İran və Özbəkistana dəstək verəcəyini bildirib. O, İspaniyanın şansını yüksək qiymətləndirib.
Vüqar Bayramov Türkiyə millisini dəstəkləyəcəyini, lakin İspaniyanı favorit gördüyünü qeyd edib.












