Bond.az White LogoBond.az Black Logo

Devid Bekhem ilk milyarder idmançı

Devid Bekhem Böyük Britaniyanın ilk milyarder idmançısı oldu. Sərvəti 1.185 milyard funta çatan futbolçunun investisiyaları və karyerası haqqında.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem Böyük Britaniya tarixində milyarder statusuna çatan ilk idmançı olub.

Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "The Times" nəşri məlumat yayıb.

51 yaşlı idmançı və onun həyat yoldaşı - müğənni və dizayner Viktoriya Bekhemin birgə sərvəti hazırda 1.185 milyard funt sterlinq dəyərində qiymətləndirilir. Qeyd olunur ki, məşhur cütlüyün maliyyə vəziyyəti təkcə son bir il ərzində iki dəfədən çox yaxşılaşıb.

"The Times" nəşrinin təhlilinə görə, bu kəskin artım, əsasən, Bekhemin 2018-ci ildən ortaq sahibi olduğu MLS təmsilçisi "İnter Mayami" klubuna etdiyi sərmayə ilə bağlıdır. Hazırda səkkizqat "Qızıl top" sahibi Lionel Messinin də çıxış etdiyi komandada Bekhemin payının dəyəri təxminən 300 milyon funt sterlinqə çatır.

Xatırladaq ki, "Forbes" jurnalının son milyarderlər siyahısında idmançılardan Maykl Cordan (4.3 milyard dollar), Mecik Conson (1.6 milyard dollar), Lebron Ceyms (1.4 milyard dollar), Tayqer Vuds (1.5 milyard dollar) və Rocer Federer (1.1 milyard dollar) yer alıblar.

Peşəkar karyerasını 2013-cü ildə başa vuran Bekhem "Mançester Yunayted", "Real", PSJ, "Milan" və "Los-Anceles Qelaksi" kimi nəhəng klubların formasını geyinib. O, İngiltərə, İspaniya və Fransa çempionatlarının, eləcə də Çempionlar Liqasının qalibi adlarını qazanıb.

Ulduz futbolçu İngiltərə yığmasının heyətində 115 matça çıxıb və altı il ərzində milli komandanın kapitan sarğısını daşıyıb.

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...