Meksika narkokartelinin 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Ekvador millisinin futbolçularını hədələdiyi iddia edilir.
Jurnalist Eduardo Feynman "Mitre" radiosunda bildirib ki, kartel beş futbolçu ilə əlaqə saxlayaraq ailələri barədə məlumat toplayıb və Meksikanın qalib gəlməməsi halında onları hədələyib.
Oyun Meksikanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Xulian Kinyones 22-ci, Raul Ximenes isə 33-cü dəqiqədə qol vurub.
Ekvadorlu Pyero İnkapiye 90-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
E qrupunda Ekvador dörd xalla üçüncü yeri tutub.












