"Araz-Naxçıvan" klubu baş məşqçisi Əfran İsmayılovla yollarını ayırıb.
Oxu.Az-ın Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.
Rəhbərlik son 3 mövsümdə komandada çalışan İsmayılovun müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə başa vurub.












