Azərbaycanın minifutbol millisi Avropa çempionatında Avstriyanı 1:0 məğlub etdi.
Baş məşqçi Elşad Quliyev qələbəni şərh etdi: "Oyun çətin alındı, amma qalib gəldik. Rəqib yaxşı kollektivdir".
O, həmçinin qrupun çətin olduğunu vurğuladı: "İtaliya və Fransa güclüdür. Daha yaxşı hazırlaşacağıq".
Qeyd edək ki, növbəti oyunlar İtaliya və Fransaya qarşı olacaq.












