Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatında ən çətin oyunu Qazaxıstana qarşı keçirdiklərini bildirib.
Oxu.Az xəbər verir ki, Quliyev Slovakiyada keçirilən turnirin 1/8 finalında 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bölüşüb.
"Çətin oyun oldu. Rəqibi təbrik edirəm. Gözəl oyun sərgilədilər. İndiyədək belə çətinlik yaşamamışdıq. Pley-off görüşləri ağır keçir. Daha diqqətli olmaq istədik, lakin gözlənilmədən qol buraxdıq. Dəyişiklik etdik və oyunu dəyişə bildik."
O, rəqibin kobud oynadığını, lakin buna hazır olduqlarını vurğulayıb. 1/4 finalda Çexiya ilə qarşılaşacaqlarını və bunun "erkən final" olduğunu söyləyib.











