Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev bildirib ki, Avropa çempionatı onlar üçün yeni başlayır.
Oxu.Az xəbər verir ki, Quliyev Slovakiyada keçirilən turnirdə Fransanı 3:2 məğlub etdikdən sonra bunu deyib.
O, səhvləri təhlil edəcəklərini və pley-offda Qazaxıstanla çətin oyun gözlədiklərini qeyd edib.
Qeyd edək ki, Azərbaycan qrupda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edərək 1/8 finala yüksəlib.












