"Sumqayıt" FK 2026-2027 mövsümü üçün heyət qurmağa başlayıb. Klub, Emil Mustafayevin transferi ilə bağlı Ukraynanın "Polissya" klubu ilə razılığa gəlib.
Oxu.Az xəbər verir ki, 24 yaşlı futbolçu növbəti iki mövsüm ərzində "Sumqayıt"ın şərəfini qoruyacaq.
Emil Mustafayev ötən mövsüm 14 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.












