Bond.az White LogoBond.az Black Logo

Emin Mahmudov: "Qarabağ"a məğlubiyyət təsadüfi idi

Neftçi kapitanı Emin Mahmudov Qarabağa məğlubiyyətin təsadüfi olduğunu və komandanın hədəflərini açıqlayıb.

Rəşad Əhmədov
Müəllif:Rəşad Əhmədov- Senior Editor
|
0

"Turnir cədvəlində dördüncü yerə, Konfrans Liqasına düşməyimizə çox sevinə bilmərik".

Oxu.Az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov "Report"a müsahibəsində deyib.

O bildirib ki, "Neftçi" daim çempionluq uğrunda yarışmalıdır: "Mövsümün əvvəlində mənə desəydilər ki, dördüncü yeri tutacağınıza sevinərsən? Cavabım "yox" olardı. Çünki biz daim çempionluq uğrunda yarışmalıyıq. Mövsümün əvvəlində belə bir başlanğıc edəcəyimiz ağlımıza belə gəlməzdi. Lakin iş elə gətirdi ki, dördüncü yerə görə müəyyən xoşbəxtlik yaşadıq. Çünki həqiqətən bir ara işlər qaydasında deyildi. Hədəflərimiz daha böyükdür. Hər il çempionluq uğrunda mübarizə aparmalıyıq. Bu komandaya gələn bütün futbolçular birinci yeri düşünməlidir. Əsas ilk pillənin sahibi olmaqdır. Futbolçular bu barədə yaxşı düşünməlidirlər".

Futbolçu eyni zamanda "Neftçi"nin "Sabah" və "Qarabağ" klubları ilə mübarizəsi haqqında da danışıb: "Əlbəttə ki, sabit çıxış etmək lazımdır. Cari mövsümün sonlarında necə sabit çıxış ediriksə, elə də davamı olmalıdır. Baxmayaraq ki, "Qarabağ"a 1:5 hesablı məğlubiyyətimiz oldu, heç vaxt təşvişə düşmədik. Komanda olaraq bu məğlubiyyəti unutmağa çalışdıq. Çünki bunun təsadüfi olduğuna inanırdıq. "Neftçi" belə asanlıqla 5 qol buraxan komanda deyil. Və nəticədə növbəti matçda qələbə qazandıq. Bu cür sabit çıxış edərək, uğurların arxasınca getməliyik. Heç kimə sirr deyil ki, hər dəfə bu komandaya uduzanda çox əsəbləşirdik. Düşünürdük ki, axı bizdə nədir çatışmayan? Nəyi düzgün etməmişik? Bu qələbə bizim üçün çox vacib idi. Və bir daha aydın oldu ki, hər komandanı məğlub etmək olar. Artıq növbəti görüşlərə daha güvənli çıxacağıq. Demirəm ki, hər oyunda "Qarabağ"ı udacağıq. Hər halda, bilirik ki, qələbə qazanmaq şansımız var".

Emin Mahmudov UEFA Konfrans Liqasında aparacaqları mübarizə barədə də fikirlərini bölüşüb: "Əvvəlcə yayda çox yaxşı təlim-məşq toplanışı keçməliyik. Çalışacağıq ki, maksimum nəticə göstərək və Liqa mərhələsinə vəsiqə qazanaq. Konfrans Liqasında bir mərhələ oynayıb, geri qayıtmaq bizə uyğun olmaz. Lakin sizə deyim ki, bu işlərdə bir az bəxt də lazımdır. Çünki təsnifat mərhələlərində hansı komandalarla qarşılaşacağımız bilinmir. Hələ ki bu barədə düşünmək tezdir. Hadisələrin axarı hər şeyi göstərəcək. Üstəlik, komandanın da heyəti tam formalaşmalıdır. Gedənlər və gələnlər bəlli olandan sonra bu barədə danışmaq və düşünmək olar. Üzərimizdə böyük məsuliyyət var. "Qarabağ"dan başqa uzun illərdir hansısa komandamız qrup mərhələsində (Liqa mərhələsini nəzərdə tutur - red.) çıxış etmir. Bu uğura nail olmaq istəyirik. Bu uğura da addım-addım irəliləməliyik. Dünya futbolunda da belə bir praktika var ki, komanda nə qədər yaxşı vəziyyətdə olsa da, hər zaman heyət dəyişir, yenilənir, yeni futbolçular gəlir. Yeni futbolçulara hər zaman ehtiyac var. Çünki yeni motivasiyalı futbolçular komandaya hər zaman xeyir verə bilərlər".

Xatırladaq ki, bu mövsüm Misli Premyer Liqasında dördüncü yerdə qərarlaşan "Neftçi" klubu "Sabah"ın Azərbaycan Kubokunu qazanmasından sonra UEFA Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Bu gün / 01:01
|
324

Argentina Kabo-Verdeni çətinliklə məğlub etdi - 3:2

DÇ-2026 1/16 finalında Argentina millisi Kabo-Verdeni əlavə vaxtda 3:2 hesabı ilə çətinliklə məğlub etdi. Messi qol vurdu.

0
Dünən / 22:30
|
467

İngiltərə millisinə matçöncəsi qeyri-adi icazə: "Viaqra" qəbul edəcəklər

İngiltərə millisinə DÇ-1/8 finalında Meksikaya qarşı "Viaqra" qəbul etməyə icazə verilib. Yüksəklikdə oksigen üçün sildenafil qadağan deyil.

0
Dünən / 22:01
|
208

Venesuelada zəlzələ qurbanları 2600-ü keçdi

Venesuelada 24 iyun 2024-cü il zəlzələsində ölənlərin sayı 2,645-ə çatıb. 12,666 yaralı, 15,050 evsiz qalıb. Ətraflı məlumat.

0
Dünən / 21:31
|
599

DÇ-2026-da avtoqol rekord: 13 qol

DÇ-2026-da avtoqolların sayı 13-ə çataraq yeni rekord qeydə alınıb. Misir müdafiəçisi Məhəmməd Həni iki avtoqola imza atıb.

0
Dünən / 21:30
|
624

Sumqayıt braziliyalı qapıçı ilə müqavilə imzaladı

Sumqayıt FK braziliyalı qapıçı Jeymes Almeyda ilə 2+1 illik müqavilə imzaladı. Transfer xəbərlərini Bond.az-da oxuyun.

0
Dünən / 21:01
|
261

Misir ilk dəfə 1/8 finalda

Misir millisi DÇ-2026-da Avstraliyanı penaltilərlə məğlub edərək tarixində ilk dəfə 1/8 finala yüksəldi.

0
Dünən / 20:30
|
335

Zirə Hüseynəli Quliyevi heyətinə qatdı

Zirə futbol klubu qapıçı Hüseynəli Quliyevlə 2 illik müqavilə imzaladı.

0
Dünən / 18:01
|
258

Ronaldunun yeni baş məşqçisi Postekoqlu

Kriştianu Ronaldunun komandası Ən-Nəsr yeni baş məşqçisi Angelos Postekoqlunu açıqladı. Avstraliyalı mütəxəssis 2 illik müqavilə imzaladı.

0
Dünən / 18:00
|
730

Rusiyalı şahmatçıya 1 il diskvalifikasiya

FIDE rusiyalı şahmatçı Vladimir Kramniki 2 il diskvalifikasiya edib, 1 ili şərti. Kramnik ittihamlara görə cəzalandırıldı.

0
Dünən / 16:03
|
221

Tunisin 8 futbolçusunda dopinq aşkarlandı

DÇ-2026-da Tunis yığmasının səkkiz oyunçusunda dopinq aşkar edilib. Klenbuterol maddəsi ilə bağlı detallar.

0
Dünən / 15:03
|
995

ABŞ-də istilər DÇ-2026 matçlarını təxirə sala bilər

ABŞ-də gözlənilən anomal istilər DÇ-2026 matçlarını təxirə sala bilər. Filadelfiya və Mayamidəki oyunlar təhlükə altında.

0
Dünən / 13:31
|
225

"Qarabağ" Macarıstan müdafiəçisi transfer etdi

"Qarabağ" macarıstanlı müdafiəçi Bence Varkonyini transfer etdi. 24 yaşlı futbolçu "Zalaeqerseq"dən gəlib.

0
...
Emin Mahmudov: "Qarabağ"a məğlubiyyət təsadüfi idi | Bond.az