AFC Çempionlar Liqası-2 turnirinin finalında Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu Yaponiyanın "Qamba Osaka" komandasına 0:1 hesabı ilə məğlub olub.
Qarşılaşma Ər-Riyaddakı "Kingdom Arena" stadionunda keçirilib.
Yeganə qolu 30-cu dəqiqədə Türkiyə millisinin hücumçusu Deniz Hümmet vurub.
Kriştiano Ronaldu bütün matçı meydanda olsa da, məhsuldar hərəkətlə yadda qalmayıb.
O, məğlubiyyətdən sonra mükafatlandırma mərasiminə qatılmayıb.











