Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri Türki Əl-Şeyx İngiltərə futboluna növbəti böyük sərmayə qoymağa hazırlaşır.
".Daily Mail" nəşrinin məlumatına görə, onun əsas hədəfi köklü "Derbi Kaunti" klubudur.
Ərəb funksionerin nümayəndə heyəti artıq klubun hazırkı sahibi Devid Klouzla ilkin danışıqlara başlayıb.
Ehtimal olunan bu nəhəng müqavilə hazırda İngiltərənin Müstəqil Futbol Tənzimləyicisi (IFR) tərəfindən ciddi araşdırılır. Qurum Türki Əl-Şeyxin yeni tələblərə tam uyğun olub-olmadığını yoxlayır.
Diqqət çəkən məqam isə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) "Nyukasl Yunayted"in nəzarət səhm zərfinə sahib olmasıdır. Tənzimləyicilər Əl-Şeyxin sərmayəsinin maraqlar toqquşmasına səbəb olmamasına əmin olmalıdır.











