Fransalı məşqçi Erve Renar Tunis milli futbol komandasının baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.
O, bu barədə Instagram hesabında paylaşım edib. Renar iyunun 16-da Tunis millisinə təyin olunmuşdu. Həmin vaxt komanda İsveçə 1:5 hesabı ilə məğlub olmuşdu.
Onun rəhbərliyi altında Tunis Yaponiyaya 0:4, Niderlanda isə 1:3 uduzaraq qrup mərhələsini keçə bilmədi.
Renar: "2026-cı il dünya çempionatında iştirak imkanı yaratdığı üçün Tunis Futbol Federasiyasına təşəkkür edirəm. Macəram burada bitir."
57 yaşlı mütəxəssis daha əvvəl Səudiyyə Ərəbistanı millisini də tərk etmişdi. Karyerası ərzində Mərakeş, Kot-d'İvuar, Anqola və Zambiya yığmalarını çalışdıran Renar, Kot-d'İvuar və Zambiyanı Afrika Millətlər Kubokunun qalibi etmişdi.












