Fənərbağça, Malyorkadan kosovolu hücumçu Vedat Muriqini transfer edib.
İstanbul təmsilçisinin mətbuat xidməti bildirib ki, futbolçu tibbi müayinə və son danışıqlar üçün axşam İstanbula gələcək.
32 yaşlı Muriqi ötən mövsüm Malyorkada 37 oyunda 23 qol vuraraq La Liqada bombardirlər siyahısında ikinci olub.
Onun bazar dəyəri 4.5 milyon avrodur.












