Oxu.Az-ın "TOP-al" podkastında idman jurnalisti Ceyhun Rzayev qonaq oldu.
Verilişdə futbol xəbərlərinin oyundan sürətli yayılması, sosial medianın təsiri və idman jurnalistikasının dəyişən tendensiyaları müzakirə edildi.
"Fabritsio Romano fenomeni futbol mediasını necə dəyişdi?", "Futbolu meydan idarə edir, yoxsa media?" suallarına cavab axtarıldı.
Sosial şəbəkələrin azarkeş davranışına təsiri, transfer şayiələri və Azərbaycan futbolunda media rolu da müzakirə olundu.











