"Barselona" "Bavariya"nın ulduz hücumçusu Harri Keyni transfer etmək istəyir.
"Daily Mail"in məlumatına görə, İspaniya klubu 32 yaşlı forvardın yaxın ətrafı ilə əlaqə saxlayıb.
Lakin Keyn Almaniyada rahatdır və "Bavariya" ilə müqaviləsini uzatmağa daha yaxındır.
Qeyd edək ki, o, hazırda DÇ-2026-da İngiltərə yığmasında oynayır.












