"Sabah" Avstriyada təlim-məşq toplanışında Macarıstan çempionu "Ferentsvaroş"la qarşılaşıb.
Matç 1:1 hesabı ilə başa çatıb.
Bu, "Sabah"ın hazırlıq dövründəki ikinci heç-heçəsidir. Əvvəlcə Rumıniyanın "Universitatya Krayova" komandası ilə də 1:1 oynanılıb.
Növbəti yoxlama matçı iyulun 2-də Ukraynanın "Polissya"sına qarşı olacaq.












