Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində təşəbbüsün reallaşmasından məmnunluq ifadə edib.
O, ötən il oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə irəli sürdüyü təklifin bu gün həyata keçməsini vurğulayıb.
Qeyd olunub ki, Türk Dünyası Həftəsinin Azərbaycanın sədrliyi dövrünə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır.
Birinci Türkoloji Qurultayın İsmailiyyə Sarayında keçirilməsi türk xalqlarının mədəni inteqrasiyasında mühüm rol oynayıb.












