Polşalı futbolçu Robert Levandovski MLS-də çıxış edən "Çikaqo Fayr" klubu ilə müqavilə imzalaya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Razılaşmanın gələn həftənin əvvəlində rəsmiləşdiriləcəyi gözlənilir.
Daha əvvəl Levandovskinin mövsüm sonu "Barselona"dan ayrılacağı bildirilmişdi. Onun müqaviləsi iyunun 30-dək qüvvədədir. Futbolçu Kataloniya klubuna 2022-ci ilin yayında qoşulub. O, komanda ilə üç dəfə İspaniya çempionu, bir dəfə İspaniya Kuboku və Superkubokunu qazanıb.
37 yaşlı Levandovski "Borussiya Dortmund", "Bavariya" və "Barselona"da oynayıb. O, "Bavariya" ilə 8 dəfə Bundesliqa, 3 dəfə DFB-Pokal, həmçinin UEFA Çempionlar Liqası və Superkubokunu qazanıb.
Polşa milli komandasında 165 oyun keçirən Levandovski 89 qol vuraraq tarixin ən yaxşı bombardiri olub.












