Yaxın Şərqdə gərginliyin artması neft qiymətlərinə müsbət təsir göstərdi.
Bakı vaxtı ilə saat 09:15-də London ICE birjasında Brent nefti 0.31% artaraq 72.21 dollar/barel oldu. Əvvəlki sessiyada isə 4.3% ucuzlaşma qeydə alınmışdı.
NYMEX-də WTI nefti 0.91% bahalaşaraq 69.86 dollar/barel olub. Öncəki gün 3.7% düşmüşdü.












