Azərbaycanın U-15 sərbəst güləş yığmasının iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Hüseyn Əmrahlı (38 kq) finalda estoniyalı Daniel Samuelə 9:0 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Paşa Aslan (44 kq) isə finalda ermənistanlı Paşa Xudoyanı 4:1 məğlub edərək ən yüksək pilləyə yüksəlib.
Qeyd edək ki, qitə birinciliyi mayın 24-də başa çatacaq.












