Futbol üzrə 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində İngiltərə Konqo Demokratik Respublikasını 2:1 hesabı ilə məğlub edib.
ABŞ-ın Atlanta şəhərində keçirilən oyunda ilk qolu 7-ci dəqiqədə Brayan Sipenqa vursa da, Harri Keyn 75 və 86-cı dəqiqələrdə dubl edərək İngiltərəyə qələbə qazandırıb.
İngiltərə növbəti mərhələdə Meksika ilə qarşılaşacaq.












