ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026 zamanı İngiltərə millisinin məşqləri görünməmiş təhlükəsizlik tədbirləri ilə əhatə olunacaq.
Oxu.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, komanda hərbi ekspertlər və PUA-ların ələ keçirilməsi sistemi tərəfindən qorunacaq.
Məqsəd rəqib komandaların casusluğunun qarşısını almaqdır. Yığmanın məşq bazası Kansas-Sitidə yerləşəcək.
Polis əməkdaşları dron-toplarla silahlanacaq. Hakimiyyət orqanları xüsusi ovçu dronlardan istifadə edəcək.












