DÇ-2026 L qrupunda İngiltərə ilə Xorvatiya arasında maraqlı qarşılaşma baş tutub.
ABŞ-nin Arlinqton şəhərində keçirilən matçda ingilislər 4:2 hesabı ilə qalib gəliblər.
Harri Keyn 12-ci dəqiqədə penaltidən və 42-ci dəqiqədə fərqlənərək dubla imza atıb. Bu qolla Keyn dünya çempionatlarında penaltidən vurulan qolların sayına (5) görə rekordçu olub.
Cud Bellinqem 47-ci, Markus Reşford isə 85-ci dəqiqədə fərqlənib. Xorvatiyada Martin Baturina (36) və Petar Musa (45+5) qol vurublar.
L qrupunda Qana və Panama da bu gün saat 03:00-da qarşılaşacaq.












