İran Futbol Federasiyası, dünya çempionatı zamanı milli komandanı qeyri-bərabər vəziyyətə salan səyahət məhdudiyyətləri ilə bağlı FIFA-ya rəsmi şikayət edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Ceyms Daker "X" səhifəsində məlumat yayıb.
İyunun 21-də Belçika millisi ilə qarşılaşacaq İran yığmasının Los-Ancelesə gedişinə məhdudiyyət qoyulub. Komandaya matçdan cəmi bir gün əvvəl şəhərə gəlməyə icazə verilib.
Federasiya bildirib: "Bu məhdudiyyətlər iştirakçı komandalar üçün bərabər şərait prinsipinə ziddir və hazırlığa mənfi təsir edə bilər."
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.












