"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassell "Formula-1" üzrə dünya çempionatının beşinci mərhələsi olan Kanada Qran-prisinin təsnifat mərhələsində ən sürətli vaxtı göstərib.
Onun italiyalı komanda yoldaşı Kimi Antonelli ikinci yeri tutub.
"McLaren" komandasından olan britaniyalı Lando Norris ilk üçlüyü tamamlayıb.












