Bond.az White LogoBond.az Black Logo

Keçmiş İtaliya ulduzu qəzada kritik vəziyyətdə

Keçmiş İtaliya A Seriyası futbolçusu Marios Oikonomu motosiklet qəzasında ağır yaralanıb, vəziyyəti kritikdir. O, Kopenhagen, Kalyari, Bolonya klublarında oynayıb.

Elnur Tağıyev
Müəllif:Elnur Tağıyev- Senior Editor
|
0

Danimarkanın "Kopenhagen" və bir sıra İtaliya klublarının sabiq müdafiəçisi Marios Oikonomu yol-nəqliyyat hadisəsindən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Oxu.Az "Protothema" nəşrinə istinadən xəbər verir ki, hadisə şənbə günü Yunanıstanın Yanina şəhərində baş verib.

Oikonomunun idarə etdiyi motosiklet hələlik müəyyən edilməmiş şəraitdə minik avtomobili ilə toqquşub. Keçmiş müdafiəçi baş nahiyəsindən ağır xəsarətlər alıb.

Yunanıstanlı futbolçu təcili əməliyyat olunub və hazırda neyrocərrahların nəzarəti altında intensiv terapiya şöbəsindədir, onun vəziyyəti kritik olaraq qiymətləndirilir.

Oikonomunun 33 yaşı var, o, 2020-2023-cü illərdə çıxış etdiyi "Kopenhagen"in heyətində Danimarka çempionu olub. Sabiq futbolçu, həmçinin İtaliyanın "Kalyari", "Bolonya", "Sampdoriya", Yunanıstanın AEK və "Panetolikos" klublarında oynayıb.

Oikonomu peşəkar karyerasını 2024-cü ilin iyulunda başa vurub.

Digər Xəbərlər
Bu gün / 05:31
|
698

DÇ-2026: 1/8 final cütləri bəlli oldu

DÇ-2026 1/8 final mərhələsinin bütün cütləri bəlli oldu. Kanada - Mərakeş, Braziliya - Norveç və digər qarşılaşmalar.

0
Bu gün / 05:30
|
567

1/8 final start verir: Kanada Mərakeşə qarşı

Dünya çempionatının 1/8 final mərhələsi başlayır. Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı oynayacaq.

0
Bu gün / 05:00
|
669

Kolumbiya Qananı məğlub edərək 1/8 finala çıxdı

DÇ-2026 1/16 finalında Kolumbiya Qananı 1-0 məğlub edərək 1/8 finala yüksəldi. Rəqib İsveçrə.

0
Bu gün / 04:30
|
897

Cənubi Koreyada robot futbolu

Cənubi Koreyada humanoid robotların futbol yarışı - RoboCup turniri haqqında video və xəbər.

0
Bu gün / 01:01
|
324

Argentina Kabo-Verdeni çətinliklə məğlub etdi - 3:2

DÇ-2026 1/16 finalında Argentina millisi Kabo-Verdeni əlavə vaxtda 3:2 hesabı ilə çətinliklə məğlub etdi. Messi qol vurdu.

0
Dünən / 22:30
|
467

İngiltərə millisinə matçöncəsi qeyri-adi icazə: "Viaqra" qəbul edəcəklər

İngiltərə millisinə DÇ-1/8 finalında Meksikaya qarşı "Viaqra" qəbul etməyə icazə verilib. Yüksəklikdə oksigen üçün sildenafil qadağan deyil.

0
Dünən / 22:01
|
208

Venesuelada zəlzələ qurbanları 2600-ü keçdi

Venesuelada 24 iyun 2024-cü il zəlzələsində ölənlərin sayı 2,645-ə çatıb. 12,666 yaralı, 15,050 evsiz qalıb. Ətraflı məlumat.

0
Dünən / 21:31
|
599

DÇ-2026-da avtoqol rekord: 13 qol

DÇ-2026-da avtoqolların sayı 13-ə çataraq yeni rekord qeydə alınıb. Misir müdafiəçisi Məhəmməd Həni iki avtoqola imza atıb.

0
Dünən / 21:30
|
624

Sumqayıt braziliyalı qapıçı ilə müqavilə imzaladı

Sumqayıt FK braziliyalı qapıçı Jeymes Almeyda ilə 2+1 illik müqavilə imzaladı. Transfer xəbərlərini Bond.az-da oxuyun.

0
Dünən / 21:01
|
261

Misir ilk dəfə 1/8 finalda

Misir millisi DÇ-2026-da Avstraliyanı penaltilərlə məğlub edərək tarixində ilk dəfə 1/8 finala yüksəldi.

0
Dünən / 20:30
|
335

Zirə Hüseynəli Quliyevi heyətinə qatdı

Zirə futbol klubu qapıçı Hüseynəli Quliyevlə 2 illik müqavilə imzaladı.

0
Dünən / 18:01
|
258

Ronaldunun yeni baş məşqçisi Postekoqlu

Kriştianu Ronaldunun komandası Ən-Nəsr yeni baş məşqçisi Angelos Postekoqlunu açıqladı. Avstraliyalı mütəxəssis 2 illik müqavilə imzaladı.

0
...