"Şamaxı" futbol klubu hücumçu Kərim Rossi ilə yollarını ayırıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasında müqavilə müddəti başa çatıb.
35 yaşlı təcrübəli forvard "Şamaxı"da keçirdiyi 35 oyunda 13 qol və 1 asistlə yadda qalıb.












