Bond.az White LogoBond.az Black Logo

Kurban Berdıyev: Hakim barədə sual verməyin

Turan Tovuz baş məşqçisi Kurban Berdıyev Şamaxı matçından sonra hakim barədə sualları cavablandırmayıb, komandadakı problemlərdən danışıb.

Zemfira Rəsulova
Müəllif:Zemfira Rəsulova- Senior Editor
|
0

Misli Premyer Liqasının 32-ci turunda "Şamaxı" - "Turan Tovuz" matçı (3:2) baş tutub. Qonaq komandanın baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Kurban Berdıyev oyunun gedişatını dəyərləndirib: "İlk hissədə yaxşı oynamadıq. Hakim barədə sual verməyin, bu haqda danışmayacağam. İkinci hissədə aqressiv çıxış etdik və hesabı bərabərləşdirdik. Amma sonra yenə qol buraxdıq".

Baş məşqçi komandanın avrokuboklara vaxtından əvvəl vəsiqə qazanmasının oyunçularda arxayınlıq yaratdığını etiraf edib. "İlk hissədə diqqətsizlik var idi. İkinci hissədəki oyuna görə futbolçulara təşəkkür etdim, gedişatı dəyişdik. Sonda qol buraxmasaydıq, daha yaxşı olardı".

Müdafiə xəttinin gec reaksiyası ilə bağlı tənqidlərə münasibət bildirən Berdıyev: "İlk hissədə bu iradla razılaşmaq olar. Rəqib də aqressiv idi. İkinci topları gec götürürdük. Fasilədən sonra bunu aradan qaldırdıq. Hər iki komandanın aqressivliyi hakimliklə bağlıdır".

Transfer planları barədə: "Yeni oyunçular üçün axtarışlar davam edir, yekun nəticə yoxdur. Rəhbərliklə say barədə danışmışıq. Hər şey tapacağımız keyfiyyətli oyunçulardan asılıdır".

Digər Xəbərlər
Bu gün / 17:31
|
958

Futbolda ən çətin rəqib: əfsanənin kölgəsi

Futbolda ən çətin rəqib: səndən əvvəl gələn əfsanə. Ronaldo, Messi və Maradona nümunələri ilə böyük kölgədən çıxmağın yolları.

0
Bu gün / 17:02
|
716

Azərbaycan cüdoçuları Qran-pri turnirində 4 medal qazandı

Azərbaycan cüdo millisi Çində keçirilən Qran-pri turnirində 1 qızıl, 3 bürünc medal qazanaraq komanda hesabında dördüncü oldu.

0
Bu gün / 16:03
|
787

Corc Rassell Avstriya Qran-prisinin qalibi oldu

Corc Rassell Formula 1 Avstriya Qran-prisini qazandı. Maks Ferstappen ikinci, Kimi Antonelli üçüncü oldu. Rassell ümumi hesabda ikinci pilləyə yüksəlib.

0
Bu gün / 15:32
|
970

TFF Montellanı saxladı, dəyişikliklərə hazırlaşır

TFF Montellanı saxladı, DÇ-2026 uğursuzluğundan sonra yığmada məşqçi heyəti dəyişiklikləri və taktiki yeniliklər gözlənilir.

0
Bu gün / 15:00
|
507

Çelsi loqotipini yeniləyib

Çelsi yeni mövsüm üçün loqotipini yenilədi. Dəyişikliklər incə, lakin əhəmiyyətlidir: tünd mavi fon, sadələşdirilmiş şir təsviri və yenilənmiş şrift.

0
Bu gün / 13:32
|
399

Qarabağ yenidən qurulur: Transferlər və gözləntilər

Qarabağ yenidən qurulur: Transferlər, ayrılıqlar və yeni mövsüm gözləntiləri. Klub liderliyi geri qaytarmaq üçün heyəti gücləndirir.

0
Bu gün / 13:02
|
713

Messi daha bir rekord qırdı

Lionel Messi dünya çempionatlarında 13 müxtəlif milli komandaya qol vuraraq yeni rekord qırdı. Detallar Bond.az-da.

0
Bu gün / 11:31
|
213

"Neftçi"nin baş məşqçisi: "Yaxşı güclənmişik"

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub yeni mövsüm, transferlər və azarkeşlərə müraciət edib. Komandanın gücləndiyini bildirib.

0
Bu gün / 09:00
|
216

Afrika milliləri DÇ-2026-da tarix yazdı

DÇ-2026-da 9 Afrika millisi pley-offa çıxdı, onlardan 5-i ilk dəfə. Tunis isə qrup mərhələsində sonuncu oldu.

0
Bu gün / 07:01
|
497

Luka Modriç: Mundiallar tarixinə düşən ən yaşlı

Luka Modriç DÇ-2026-da assist edərək mundiallar tarixində ən yaşlı assist edən futbolçu oldu. 40 yaş 291 günlük rekord.

0
Bu gün / 07:01
|
677

Futbol forması dəbə çevrildi

Futbol formalarının dəbə çevrilməsi, mundial dizaynları və milli kimlik mövzusunda "TOP-al" podkastında maraqlı müzakirə.

0
Bu gün / 06:30
|
594

Messi mundiallarda yenilməz rekord vurdu

Messi mundiallarda ardıcıl 7 oyunda qol vuraraq yenilməz rekord qırdı. Onun 19 qolu var.

0
...
Kurban Berdıyev: Hakim barədə sual verməyin | Bond.az