Xuan Laporta yenidən "Barselona"nın prezidenti seçildikdən sonra and içərək vəzifəsinin icrasına başlayıb.
Oxu.Az xəbər verir ki, bu gün onun inauqurasiya mərasimi keçirilib. Laporta çıxışında çətinlikləri aşaraq komandanı yenidən zirvəyə qaldıracaqlarını bildirib.
Qeyd edək ki, Laporta 2003-2010, 2021-2026-cı illərdə də bu vəzifəni icra edib.












