"Qarabağ"ın ulduz futbolçusu Leandro Andrade Ukraynanın "Polesye" klubu ilə müqavilə imzalayıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar uğurla başa çatıb.
2022-ci ildən "Qarabağ"da oynayan kabo-verdeli futbolçu 4 dəfə Azərbaycan çempionu olub, 2 dəfə kubok qazanıb. O, 213 matçda 60 qol vurub.
Andrade Avropa turnirlərində əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol vuran yeganə oyunçudur.












