37 yaşlı hücumçu Robert Levandovski ABŞ-nin "Çikaqo Fayr" klubuna qoşulub. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Polşalı ulduzun müqaviləsi 2027/28 mövsümünün sonuna qədərdir. Komanda MLS-in Şərq konfransında çıxış edir.
Levandovski son dörd ili "Barselona"da keçirib.











