Manuel Torres etiraf edir ki, Rafael Fiziyevin hansı taktikadan istifadə edəcəyini bilmir.
Oxu.Az xəbər verir ki, bu sözləri UFC Fight Night-da yüngül çəkidə Fiziyevlə qarşılaşacaq ispan döyüşçü deyib.
Torres bildirib ki, onun öz taktikası var və qalib gələcəyinə inanır: "Rafael təcrübəli döyüşçüdür. Mən onu birinci raundda məğlub edəcəyimə inanıram. Amma döyüşü bütün raundlarda aparmağa hazıram".
O, Bakını gözəl şəhər adlandırıb: "Hələ çox gəzə bilməmişəm, amma insanları çox sevdim".
UFC Fight Night iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Əsas döyüşdə Fiziyev Torreslə qarşılaşacaq. İkinci əsas döyüşdə Şarabutdin Maqomedov Mişel Pereyra ilə üz-üzə gələcək.
Turnirdə azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da iştirak edəcək.












