Meksikada Ekvador üzərində qələbəni qeyd edən izdihamda iki nəfər həyatını itirib.
Britaniyanın "The Sun" nəşri xəbər verir ki, 44 yaşlı kişi və 19 yaşlı qız boğulma nəticəsində ölüb.
Hadisə Koloniya Xuares rayonunda, Müstəqillik Mələyi heykəli yaxınlığında baş verib. İzdihamda yaranan xaos zamanı bir qrup insan ictimai tualetə sıxışıb qalıb.
Yerə ilkin tibbi yardım göstərilsə də, xəstəxanada həyatlarını xilas etmək mümkün olmayıb.
Faciə Meksika millisinin stadionda Ekvadoru məğlub etməsindən dəqiqələr sonra baş verib. Bir milyondan çox azarkeş qələbəni qeyd etmək üçün şəhərin müxtəlif yerlərində toplaşmışdı.












