Meksikanın 40 yaşlı qapıçısı Qilyermo Oçoa 2026-cı il dünya çempionatında iştirak edərək tarixi bir rekorda imza atıb.
Təcrübəli qolkiper ən nüfuzlu beynəlxalq turnirdə iştirak sayına görə Argentina və Portuqaliya yığmalarının ulduz hücumçuları Lionel Messi və Kriştianu Ronalduya çatıb.
Oxu.Az xəbər verir ki, Oçoa DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Çexiyaya qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan görüşdə əvəzetmədən meydana daxil olub.
Bununla da Oçoa, Messi və Ronaldunun iştirak etdikləri dünya çempionatlarının sayı altıya çatıb.
Qeyd edək ki, Qilyermo Oçoa DÇ-2006 və DÇ-2010-da birbaşa iştirak etməyib. Qapıçı həmin vaxt Meksika millisinin rəsmi iştirak ərizəsində yer alsa da, sözügedən turnirlərdə yaşıl meydana çıxmayıb.
Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı ABŞ, Meksika və Kanadanın ortaq ev sahibliyi ilə keçirilir. İyunun 11-də start götürən möhtəşəm turnirə iyulun 19-da yekun vurulacaq.












