Argentinalı teleaparıcı Florensiya Penya, Lionel Messinin atasının ölümü ilə bağlı yalan məlumat yaydıqdan sonra emosional şəkildə üzr istəyərək vəzifəsini tərk edib.
"Luzu TV" kanalında yayımlanan "El Show del Verano" proqramında Penya tamaşaçılara dedi: "Pis xəbər vermək istəməzdim, lakin Messinin atası indicə vəfat edib. Düz dünya çempionatının ortasında o geri dönməli olacaq".
İyunun 18-də Penya səhvinə görə üzr istədiyi bəyanat yayımlayıb. O bildirib: "Mən Messinin ailəsindən üzr istəyirəm. Bu ağrının ötürücüsü olduğum üçün utanıram. Yalan məlumat mənə canlı yayım zamanı təqdim edilib, lakin məsuliyyəti öz üzərimə götürürəm və kanaldan ayrılıram".












