Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında ən çox oyun keçirən futbolçu rekordunu yeniləyib.
38 yaşlı hücumçu DÇ-2026-nın qrup mərhələsində Avstriyaya qarşı oyunda start heyətində meydana çıxıb və bu, onun mundiallarda 28-ci oyunu olub.
İkinci yerdə almaniyalı Lotar Matteus (25 oyun), üçüncü yerdə isə Miroslav Kloze (24 oyun) qərarlaşıb. Aktiv futbolçular arasında Kriştianu Ronaldu 23 oyunla Messini təqib edir.












